İsra surəsi 17:104
وَقُلْنَا مِنۢ بَعْدِهِۦ لِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱسْكُنُوا۟ ٱلْأَرْضَ فَإِذَا جَآءَ وَعْدُ ٱلْءَاخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا ١٠٤
AzərbaycancaMəmmədəliyev – Bünyadov
Və bundan sonra İsrail oğullarına dedik: “Siz (Şam) ərazisində sakin olun. Axirət və’dəsi (qiyamət) gəlib çatdıqda sizin hamınızı (sizi və Fir’on əhlini, yaxud mö’minləri və kafirləri) birlikdə (bir-birinizə qarışmış halda məhşərə) gətirəcəyik!”
AzərbaycancaAlıxan Musayev
Bundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı məhşərə gətirəcəyik”– dedik.