Taha surəsi 20:111
۞ وَعَنَتِ ٱلْوُجُوهُ لِلْحَىِّ ٱلْقَيُّومِ ۖ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا ١١١
AzərbaycancaMəmmədəliyev – Bünyadov
(O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan (məxluqatın hər işini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən (Allaha şərik qoşan, küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar).
AzərbaycancaAlıxan Musayev
O gün üzlər əbədi Yaşayan, yaradılanların Qəyyumu olan Allah qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar.