Kur'an Sûresiالقرآن الكريم
Taha surəsi · طه

Taha surəsi 20:88

فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَّهُۥ خُوَارٌ فَقَالُوا۟ هَٰذَآ إِلَٰهُكُمْ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِىَ ٨٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Oda atılmış qızıl-gümüş əridikdən sonra Samiri çuxurun içində) onlara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. (Samiri və onun yoldan çıxartdığı bir neçə kişi) dedilər: “(Ey İsrail oğulları!) Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur”. (Musa heykəli itirmiş, onu axtarıb tapmaqdan ötrü Tur dağına getmişdir).

AzərbaycancaAlıxan Musayev

Samiri onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar: “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur”– dedilər.

Görünüş

Oxu