Maidə surəsi 5:62
وَتَرَىٰ كَثِيرًا مِّنْهُمْ يُسَٰرِعُونَ فِى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَعْمَلُونَ ٦٢
AzərbaycancaMəmmədəliyev – Bünyadov
Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!
AzərbaycancaAlıxan Musayev
Sən onların bir çoxunu günaha, düşmənçiliyə və haram yeməyə tələsən görürsən. Onların tutduqları əməllər necə də pisdir!