Tövbə surəsi 9:32
يُرِيدُونَ أَن يُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَيَأْبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ ٣٢
AzərbaycancaMəmmədəliyev – Bünyadov
Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Qur’anı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər.
AzərbaycancaAlıxan Musayev
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar.